Dünya klublarının yeni reytinq cədvəli açıqlanıb.
Futbolinfo.az saytının məlumatına görə, Misli Premyer Liqasında çıxış edən komandaların mövqelərində dəyişiklik olub.
10 min klubun yer aldığı cədvəldə ən reytinqli klubumuz “Qarabağ”dır. 11 pilləlik irəliləyişə nail olan Ağdam təmsilçisi dünyanın 162-cisidir. “Zirə”, “Neftçi”, “Şamaxı” və “Kəpəz” də ötən müddətdə irəliləyişə nail olublar. Bu baxımdan “Şamaxı”nın sıçrayışı xüsusi diqqət çəkir. Bölgə komandası düz 162 addım irəliləyib.
Əvəzində “Sabah” 77, “Səbail” 54 pillə geriləyib. Həmçinin “Turan Tovuz”, “Araz-Naxçıvan” və “Sumqayıt”da da geriləmə müşahidə olunub.
Qeyd edək ki, dünya reytinqinə 100 xalla “Liverpul” (İngiltərə) başçılıq edir. İtaliya “İnter”i (99,4) ikinci, İngiltərə “Arsenal”ı (98,7) üçünü sıradadır.
Misli Premyer Liqasındakı klubların dünya reytinqindəki mövqeləri:
162 (173). “Qarabağ” – 81,9 xal
605 (619). “Zirə” – 75,0
739 (662). “Sabah” – 73,8
865 (851). “Turan Tovuz” – 72,7
1078 (1074). “Araz-Naxçıvan” – 71,1
1102 (1122). “Neftçi” – 71,0
1320 (1307). “Sumqayıt” – 69,4
1701 (1863). “Şamaxı” – 67,3
2066 (2012). “Səbail” – 65,8
2362 (2373). “Kəpəz” – 64,7
Qeyd: Mötərizədə klubların əvvəlki reytinqdəki mövqeləridir.