Randal Kolo-Muaninin müştəriləri sırasına daha bir klub qoşulub. PSJ-nin vidalaşmaq istədiyi fransalı hücumçu bir neçə variant barədə düşünərkən “Arsenal” da meydana atılıb.

Futbolinfo.az xəbər verir ki, londonluların ona müştəri düşməsi məcburiyyətdəndir. Bukayo Sakanın zədələnərək uzun müddətə sıradan çıxması Fransa millisinin üzvünə şans yaradıb. “Topçular”ın yaxın günlərdə parislilərin qapısını rəsmi təkliflə döyməsi gözlənilir.

Xatırladaq ki, Konqo əsilli hücumçu ötən ilin yayında transfer edilib. PSJ onun üçün “Ayntraxt”a 95 milyon avro ödəyərək 5 illik müqavilə bağlamışdı. Parislilər 26 yaşlı hücumçu yalnız icarə əsasında mövsümün sonunadək buraxmaq niyyətindədir.

Shares: