Tezliklə “Sportinq”in yeni baş məşqçisi bəlli olacaq. Portuqaliya klubu bu posta Rui Borgesi təyin etmək niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, Ruben Amorimin “Mançester Yunayted”ə gedişindən sonra lissabonluların problemləri yaranıb. Həmin vaxtadək məğlubiyyətsiz liderlik edən komanda birdən-birə uğursuzluq zolağına düşüb. Joao Pereyranın fəaliyyəti fiaskoyla nəticələndiyindən o, qəsa müddətdən sonra postundan qovulub.

Yeni təyin olunacaq Borgesə gəlincə, Portuqaliyada bir neçə klubda işləmiş 43 yaşlı mütəxəssis bu mövsümün əvvəlindən “Vitoriya”ya rəhbərlik edir. 7 ilə 7 iş yeri dəyişən məşqçi “Sportinq”ə görə hazırkı klubundan da ayrılacaq.

Shares: