Xosep Qvardiola son vaxtlar uğursuz çıxış edən komandasının problemlərinə səbəb axtarır. “Mançester Siti”nin baş məşqçisi futbolçuları iki gün klub bazasında qalmağa məhkum edib, çətinlikdən çıxış yollarını birlikdə müzakirə ediblər.

Futbolinfo.az xəbər verir ki, amma ispan məşqçi günahı futbolçuların üzərinə atmaq niyyətində deyil: “Bərbad formada olmağımızın səbəbini futbolçulara bağlamaq ən asan yoldur. Lakin belədə haqsızlıq etmiş olaram. Çünki onlar vəziyyəti dəyişmək üçün hər şey etdilər. Futbolçular da əzab çəkir, geridönüş etmək istəyirlər”.

Qvardiola futbolçuları günahkar elan etməyin özünü təmizə çıxartmaq cəhdi olacağını düşünür. Məşqçinin fikrincə son 12 oyundakı uğursuz seriyanın yaranmasında hamı məsuliyyət daşıyır.

Shares: