Madrid “Real”ının ulduzu Vinisius Junior MBA-da “Nyu-York Niks” – “San Antonio Spörs” oyununda olub.

Futbolinfo.az xəbər verir ki, futbolçu qarşılaşmadan sonra ulduz basketbolçu Coş Hartla formalarını da dəyişib.

Bu görüşdə Coş Hart 12 xal və 12 ribaundla dubl-dabla imza atıb.

Maraqlıdır ki, Vinisius artıq neçənci dəfədir ki, MBA oyunlarında görüntülənir.

Qeyd edək ki, braziliyalı İspaniya La Liqasında yanvarın 3-dək davam edəcək Milad tətilinə görə Madriddən ayrılıb.

Bu mövsüm Vinisius 20 matçda iştirak edib, 13 qol vurub və 9 məhsuldar ötürmə edib.

d5a20a3d 0058 4c56 bee2 27a03059f2f5 - Futbolinfo.az
Shares: