Moda və stil, biznes və idman haqqında nəşr edilən aylıq kişi jurnalı GQ (Gentlemen’s Quarterly) Formula 1 tarixinin ən zəngin sürücülərinin siyahısını dərc edib.
Futbolinfo.az xəbər verir ki, bu cədvəl hazırkı və keçmiş F1 sürücülərinin bütün qazanclarını nəzərə almaqla hazırlanıb.
GQ-ya görə Formula 1 tarixinin ən zəngin sürücülərinin siyahısı:
- Mixael Şumaxer – 889,6 milyon dollar
- Lyuis Həmilton – 422,6 milyon dollar
- Fernando Alonso – 385,5 milyon dollar
- Niki Lauda – 296,5 milyon dollar
- Kimi Raykkonen – 270,6 milyon dollar
- Censon Batton – 222,4 milyon dollar
- Sebastyan Fettel – 207,6 milyon dollar
- Mario Andretti – 192,7 milyon dollar
- Eddi İrvayn – 177,9 milyon dollar
- Alen Prost – 148,2 milyon dollar
Xatırladaq ki, bir müddət əvvəl GQ jurnalı Lyuis Həmiltonu 2024-cü ilin ən dəbli adamı seçmişdi. Formula 1 üzrə yeddiqat dünya çempionu səsvermədə avstraliyalı aktyor Ceykob Elordini üstələmişdi.