“Böyük Dəbilqə” seriyalı turnirlərin dördqat qalibi, dünya reytinqinin üçüncüsü, ispaniyalı Karlos Alkaras “Real”da oynamaq arzusunda olduğunu bildirib.

“Karlo Ançelotti, əgər ehtiyacım olsa, mənim üçün yeri olduğunu dedi. Mən cinah yarımmüdafiəçisiyəm, sol cinah yarımmüdafiəçisiyəm. Mən mərkəzə doğru hərəkət edib yaxşı zərbələr vururam”, – deyə Madrid klubunun mətbuat xidməti Alkarasdan sitat gətirib.

2024-cü ildə 21 yaşlı Alkaras ATP səviyyəsində dörd titul qazanıb. O, iki Böyük Dəbilqə turnirində – Rolan Qarros və Uimbldonda çempion olub.

Shares: