AFFA İntizam Komitəsi I Liqa klubu “Difai”yə texniki məğlubiyyət verib.
Futbolinfo.az xəbər verir ki, buna səbəb komandanın 11-ci turda MOİK-lə oyunun 90+3-cü dəqiqəsində adı matçın protokolunda olmayan Tahir Zeynalovu meydana daxil etməsi olub.
Bu üzdən “Difai” 0:3 hesablı texniki məğlubiyyətlə yanaşı, 400 manat cərimələnib. Qarşılaşma MOİK-in 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Bundan başqa, AFFA U-13 Liqasında Qax komandaları arasında keçirilməli olan “Kürmük” – “Qax 1967” görüşü ikincilərin təyin edilən vaxtda meydanda olmaması ucbatından baş tutmayıb. Buna görə “Qax 1967”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.