Sabiq dünya çempionu Menni Pakyao 2025-ci ildə boksa qayıdacağını açıqlayıb.

“Mən karyeramı bərpa edirəm və 2025-ci ildə qayıdıram. Bizim bir sıra təkliflərimiz var, onları müzakirə edib seçəcəyik”, – deyə Pakyao qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl Beynəlxalq Boks Assosiasiyasının (ABB) prezidenti Umar Kremlyov filippinli idmançını gələn il Moskvada döyüşməyə dəvət etmişdi.

Pakyao orta çəki dərəcəsində yarışıb. Ümumilikdə, 46 yaşlı boksçu karyerası ərzində 62 qələbə qazanıb, 8 dəfə məğlub olub. Onun iştirakı ilə daha iki döyüş isə heç-heçə yekunlaşıb. Menni, sonuncu rəsmi döyüşünü 2021-ci ildə keçirib.

Shares: