UEFA qadınlardan ibarət futbol komandalarının reytinq cədvəlini açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, siyahıda Azərbaycan bir komanda ilə ürək açmayan mövqedə qərarlaşıb.

Reytinq cədvəlinə “Barselona” liderlik edir. Lion “Olimpik”i 2-ci, “Çelsi” 3-cüdür.

Reytinqdə təmsil olunan Azərbaycanın yeganə qadın komandası “Neftçi” isə sonuncu – 121-ci yerdədir.

Xatırladaq ki, “Neftçi” bu il mübarizə apardığı Çempionlar Liqasının təsnifat mərhələsində “Sankt-Pölten” (Avstriya) və “Lançxuti”yə (Gürcüstan) uduzaraq mübarizəni erkən başa vurub.

  1. “Barselona” (İspaniya) — 126,599 xal
  2. “Olimpik” (Lion, Fransa) — 110,199 xal
  3. “Çelsi” (İngiltərə) — 102,833 xal
  4. “Bayern” (Almaniya) — 88,266 xal
  5. PSJ (Fransa) — 82,197 xal
  6. “Volfsburq” (Almaniya) – 81,266 xal
  7. “Arsenal” (İngiltərə) — 59,833 xal
  8. “Real” (İspaniya) — 53,599 xal
  9. “Mançester Siti” (İngiltərə) — 47,833 xal
  10. “Yuventus” (İtaliya) — 46,600 xal
Shares: