“Sportinq”in yeni baş məşqçisi bəlli olub.
Futbolinfo.az “A Bola”ya istinadən xəbər verir ki, Portuqaliya klubunu Rui Borges çalışdıracaq.
Bu gün 43 yaşlı mütəxəssislə müqavilə imzalanıb. “Vitoriya”nın çalışdırıcının ilkin olaraq mövsümün sonuna qədər olan sözləşməyə qol çəkdiyi qeyd olunub. Bu keçid üçün “Sportinq” “Vitoriya”ya 4 milyon avro ödəməli olacaq. Çünki Borgesin Gimanaynş təmsilçisi ilə 2026-cı ilin iyununa qədər müqaviləsi vardı.
Xatırladaq ki, bu ilin noyabr ayında Ruben Amorim “Sportinq”i tərk edərək “Mançester Yunayted”in baş məşqçisi təyin edilib. Onun gedişindən sonra komandanı Joao Pereyra çalışdırıb. Pereyranın fəaliyyəti fiasko ilə nəticələndiyindən o, qısa müddətdən sonra qovulub. Amorim komandanı tərk edəndə “Sportinq” şəriksiz lider idisə, indi 2-ci pillədə qərarlaşıb.