Vircil van Deyk “Real”a keçməyəcək. “Liverpul”la müqaviləsi mövsümün sonunda başa çatacaq niderlandlı mərkəz müdafiəçisi Madridə yollanmaq niyyətində deyil.

Futbolinfo.az xəbər verir ki, van Deyk mersisaydlılarda xoşbəxt olduğunu deyib: “Mən klubumu sevirəm və qarşılıqlı sevgi görürəm. Azarkeşlərlə də münasibətim əladır. Qarşıda daha 4-5 ilim var. Liverpulda hər şey əladır. Yeni müqavilə imzalayacağıma ümid edirəm. Hələ bu barədə danışmamışıq, amma qalmaq şansı daha çoxdur”.

Bu arada İspanya mətbuatında da Vircillə bağlı yeni xəbərlər peyda olub. Madridlilərin niderlandlı ilə anlaşa bilmədiyi və digər mərkəz müdafiəçiləri arasında seçim etdiyi yazılır.

Shares: