Samuel Riççi “Torino” ilə yeni müqavilə bağlamaqdan imtina edib. 23 yaşlı dayaq yarımmüdafəçisi növbəti mövsümün sonunda başa çatacaq anlaşmanı yeniləmir.

Futbolinfo.az xəbər verir ki, səbəb ona daha yaxşı təkliflərin gəlməsidir. “Milan”, “İnter” və daha iki İngiltərə klubu onu transfer etməyə çalışır.

“Torino” yanvarda futbolçu üçün gələcək təklifləri rədd edəcək. Amma yayda Riççinin satılması mümkündür. Klub onu azad agent kimi itirmək istəmir. 30 milyon dəyəri olan futbolçunun satışından gələn pulun 10 faizi əvvəlki klubu “Empoli”yə çatacaq.

Shares: