“Roma” Aleksis Salemakersi heyətində saxlamağa çalışır. Paytaxt klubu “Milan”dan icarəyə götürdüyü belçikalını birdəfəlik transfer etməyə cəhd edir.

Futbolinfo.az xəbər verir ki, 25 yaşlı oyunçunun dəyəri 15 milyon avrodur. Onun icarə müqaviləsində satınalma bəndi yoxdur. Amma “canavarlar” milanlıları razı salacağına ümid edir.

Xatırladaq ki, Salemakers ötən mövsümü də “Bolonya”da icarədə keçirib. 2020-ci ildən “rossonyerlər”ə məxsus olan yarımmüdafiəçi bu durumdan bezib və daim oynayacağı klub axtarışındadır.

Shares: