“Mançester Yunayted”in futbolçusu Bruno Fernandes 16 ildən sonra klub tarixində uğursuzluğu təkrarlayıb.

Futbolinfo.az xəbər verir ki, o, cari mövsüm Premyer Liqada üçüncü dəfə qırmızı vərəqə almaqla antirekorda imza atıb.

Portuqaliyalı yarımmüdafiəçi 18-ci tur çərçivəsində keçirilən “Vulverhempton”la matçda önündə ikinci sarı vərəqə görərək meydandan qovulub.

Sonuncu dəfə “qırmızı şeytanlar”ın heyətində 2008-ci ildə Nemanya Vidiç bir mövsüm ərzində üç dəfə qırmızı vərəqə ilə cəzalanmışdı.

Shares: