Basketbol üzrə Avroliqa turnirində 18-ci tura start verilib. İlk oyun günündə 4 görüş baş tutub.
Ən gərgin qarşılaşma İtaliyada olub. Eyniadlı komandaların görüşü son saniyələrə qədər azarkeşləri həyəcan içində saxlayıb. Nəticədə “Olimpiakos” Milanın “Olimpiya” komandasından üstün olub – 84:83.
“Monako” doğma arenada rahatlıqla “Anadolu Efes”i məğlub edib – 94:75. Meydan sahibləri görüşün taleyini böyük fasiləyə qədər həll ediblər.
Madrid “Real”ı səfərdə “Alba”dan 80:69, “Makkabi” isə “Jalgiris”dən 95:78 üstün olub.
Turnir cədvəlində lider “Monako” klubudur. Knyazlıq təmsilçisinin aktivində 12 qələbə var.