İngiltərə Premyer Liqasında dünən baş tutan oyunlar bir sıra maraqlı statistikalara səbəb olub.
– “Liverpul” 22 oyundur uduzmur. Mersisaydlılar bu müddətdə 19 qələbə qazanıb, 3 heç-heçə edib.
– “Fulhem” son 45 ildə ilk dəfə “Çelsi”ni səfərdə məğlub etdi.
– “Mançester Yunayted” son 5 matçın 4-də uduzub. Yalnız “Mançester Siti”ni məğlub edən “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim statistikasına görə sələfi Erik ten Haqdan da pis vəziyyətdədir.
– “Mançester Siti” 2024-cü ildə 62 top buraxıb. Bu, 2016-cı ildən bəri komandanın ən pis nəticəsidir.
– Məhəmməd Salah bu mövsüm Premyer Liqada 17 oyunda 27 qolda birbaşa iştirak edib – 16 qol, 11 məhsuldar ötürmə. “Liverpul”un hücumçusu hazırda hər iki göstəricidə liderdir.
– Ruben Amorim “Mançester Yunayted”in baş məqçisi kimi 7 oyunun 4-də uduzub. Bu, antirekorddur. Əvvəlki baş məşqçi Erik tenHaq 4 məğlubiyyəti 13 oyunda almışdı.