“Şamaxı” qış fasiləsində ilk transferini reallaşdırıb.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi mərkəz müdafiəçisi Cəlal Hüseynovu heyətinə qatıb.

Bolqarıstanın “Arda” klubuna məxsus olan Hüseynov mövsümün sonuna qədər icarə əsasında komandada çıxış edəcək.

Qeyd edək ki, Cəlal Hüseynov 2022/23-cü illər mövsümündə də “Şamaxı” forması ilə 34 oyuna çıxıb.

Shares: