Amerikalı gimnast, yeddiqat olimpiya çempionu, dünya çempionatlarında 23 qızıl medalın sahibi Simona Bayls “L’Equipe” jurnalı tərəfindən 2024-cü ilin idmançısı seçilib. Gizli səsvermənin nəticələrinə görə, o, 1100 bal toplayıb.

İkinci yeri kanadalı üzgüçü Sammer Makintoş (580 xal), üçüncünü isə amerikalı üzgüçü Keti Ledekki (552) tutub. İlk beşliyə həmçinin amerikalı sprinter Sidni Maklaflin (257 xal) və hündürlüyə tullanma üzrə olimpiya çempionu, ukraynalı Yaroslava Maquçix (222 xal) daxil olub.

2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında Bayls üç qızıl medal qazanmışdı. O, komanda çoxnövçülüyü, fərdi çoxnövçülük və dayaqla tullanmada birinci olmuşdu.

Shares: