“Çelsi”nin yarımmüdafiəçisi Entso Fernandes İngiltərə Premyer Liqasında çempionluq üçün mübarizə apardıqlarını dilə gətirməyib. O, komandanın baş məşqçisinin dediyi fikri təsdiqləyib.

Futbolinfo.az xəbər verir ki, Entsoo Mareska hələ çempionluq mübarizəsi aparmağa hazır olmadıqlarını bildirmişdi. “Zadəganlar”ın çalışdırıcısı hazırda komanda quruculuğu ilə məşğul olduqlarını, növbəti ildən titul üçün döyüşəcəklərini dilə gətirmişdi.

Fernandes bu barədə suala cavabında deyib: “Baş məşqçi çempionluq yarışında olmadığımızı deyirsə, bunun səbəbi həqiqətin məhz elə olmasıdır. İşimiz “Çelsi”ni ən yüksək yerlərə qaldırmaqdır. Bunun üçün məşq edir və oynayırıq”.

Shares: