Frenk de Yonqun meneceri Ali Dursun futbolçu haqqında gəzən xəbərləri təkzib edib. O, niderlandlı yarımmüdafiəçinin komandasını dəyişməyəcəyini bildirib.

Futbolinfo.az xəbər verir ki, Dursun onun Asiyaya yollanmaq haqda düşünmədiyini bildirib: “Frenkin Səudiyyə Ərəbistanına gedəcəyi ilə bağlı deyilənlər cəfəngiyyatdır. De Yonq “Barselona”nı çox sevir və getmək haqqında heç vaxt düşünməyib”.

Meneceri futbolçunun klubla mövcud müqaviləsini uzatmaslnın mümkünlüyünü də deyib.

Shares: