Naftalanda “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr edilən cüdo üzrə rayon birinciliyi keçirilib. Yarışda 50-ə yaxın tatami ustası qalib adı uğrunda mübarizə aparıb.
Birinciliyin keçirilməsində məqsəd Həmrəylik Gününün qeyd ediməsi, cüdo idman növünə marağın artırılması və istedadlı idmançıların aşkar edilməsindən ibarətdir.
Birincilikdə hər çəki üzrə qaliblərə diplomlar təqdim olunub.