Serbiya Voleybol Federasiyası Zoran Terziçin ölkənin qadınlardan ibarət milli komandasının baş məşqçisi vəzifəsinə qayıtdığını açıqlayıb.
Terziç 2002-2022-ci illərdə Serbiya millisində çalışıb. Bu müddət ərzində yığma komanda 2018-ci il Dünya Kubokunun və 2011, 2017 və 2019-cu illərdə Avropa Çempionatının qalibi olub. 2016-cı ildə Rioda keçirilən Olimpiadada Serbiya gümüş, Tokio-2020-də isə bürünc medal qazanıb.
Serbiyalı mütəxəssis 2022-ci ildən Rusiya millisinin baş məşqçisi idi. Lakin komanda beynəlxalq turnirlərdə iştirak edə bilmədiyi üçün mütəxəssis müqaviləni yeniləməyib.
Terziç, ötən mövsüm Rusiya çempionu olduğu Kazanın “Dinamo-Ak Bars” komandasında da fəaliyyətini davam etdirəcək.