Ədəhim Niftəliyev “Mingəçevir”in baş məşqçi postundan ayrıldıqdan sonra bu vəzifəyə Azər Həşimovun gələcəyi deyilirdi. Digər I Liqa klubu “Qaradağ Lökbatan”dan ayrıldıqdan sonra işsiz qalan gənc mütəxəssisin əvvəllər çalışdığı komandaya qayıdacağı ehtimalı var.
Xəbəri dəqiqləşdirmək üçün Həşimovun özü ilə danışdıq: “Hazırda Mingəçevirdə istirahət edirəm. Bilirsiz ki, buralıyam. Mənə rəsmi olaraq “Mingəçevir” klubundan heç bir təklif gəlməyib. Dəvət gələrsə və şərtlər məni qane edərsə, klub rəsmiləri ilə oturub söhbət edərik.Başqa klubkardan da təkliflər var. Düşünürəm ki, yeni ildən məni baş məşqçi kimi bir klubda görəcəksiniz”.
BƏHRUZ MUSAYEV