“Boluspor” karyeram, əslində, fikirləşdiyim və gözlədiyim kimi getmədi. Gəldiyimdə düşüncələrim və etmək istədiklərim tamamilə fərqli idi. Amma yaşadıqlarım və gördüklərim bunlardan xeyli fərqli oldu. Buna baxmayaraq, bu dövr mənim üçün yaxşı bir təcrübə oldu”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Vüsal İsgəndərli deyib.

29 yaşlı futbolçu rəsmi təklif aldığı halda daha çox oynaya biləcəyi bir kluba keçmək istədiyini bildirib: “Az və ya çox oynamağımdan asılı olmayaraq, əlimdən gələni edib istədiyim məqsədə çatmağa çalışacam. Hazırda həm Azərbaycandan, həm də xaricdən təkliflər var. Ancaq getmək asan deyil, çünki burada çempionat davam edir və müqaviləm hələ bitməyib. Məncə, zaman keçdikcə hər şey daha dəqiq məlum olacaq. Rəsmi təkliflər gəlsə, klubla birgə bu barədə danışarıq. Əgər uyğun şərtlər olarsa, daha çox oynaya biləcəyim bir kluba keçmək istəyirəm. Hər liqanın öz çətinliyi və fərqli keyfiyyətləri var. Türkiyə çempionatı çox ağırdır, amma Albaniya Liqası mənə daha çətin gəlmişdi. Orada güc və fiziki hazırlıq daha çox ön plana çıxır. “Boluspor”dakı gələcəyimlə bağlı dəqiq heç nə deyə bilmərəm. İlin sonu müqaviləm başa çatır. Onu uzatmaq və ya bitirmək kimi variantlar var. Necə olacağını zaman göstərəcək”.

İsgəndərli milli komandaya dəvət almamağı da normal qarşıladığını söyləyib: “Hazırkı vəziyyətdə milli komandaya dəvət almamağım çox normaldır, çünki klubumda oynamıram. Belə şəraitdə dəvət gözləmək düzgün olmaz. İnşallah, əlimdən gələni edib oynayacam. Ondan sonra dəvət almağım daha məqsədəuyğun olar”.

GÜNAY SÜLEYMANOVA

Shares: