Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kristiano Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu seçilib.
Futbolinfo.az xəbər verir ki, o, 2024-cü il üçün “Globe Soccer” mükafatına layiq görülüb.
39 yaşlı forvard Riyad Mahrez (“Əl-Əhli”), Sergey Milinkoviç-Saviç, Salem Əl-Dosari (hər ikisi “Əl-Hiləl”) və Sufyan Rahimini (“Əl-Əyn”) qabaqlayıb.
Ronaldo ötən il də Yaxın Şərqin ən yaxşı futbolçusu olmuşdu.