“Sabah”ın sabiq qapıçısı Alvaro Villete növbəti dəfə komandasını dəyişib.
Futbolinfo.az saytı xəbər verir ki, uruqvaylı qolkiper yenidən Peruya köçüb. Kolumbiyanın “Metropolitanos” klubundan ayrılan 33 yaşlı futbolçu “Komersiantes Unidos”la müqavilə bağlayıb.
Bu, Villetenin “Sabah”dan ayrıldıqdan sonrakı 3 il ərzində 5-ci komandası olub. O, ən yaxşı halda bir klubda bir il qala bilib.
Qeyd edək ki, Alvaro Villete 2020-21 mövsümündə “Sabah”ın heyətində Azərbaycan Premyer Liqasında 8 oyun keçirib, 13 qol buraxıb.