Nyu-Yorkda keçirilən şahmatın rapid və blits növləri üzrə dünya çempionatında qalmaqal baş verib. Bu növlər üzrə son dünya çempionu Maqnus Karlsen yarışlardan kənarlaşdırılıb.

Norveçli şahmatçının geyimi turnirin statusuna uyğun hesab edilməyib. Bu üzdən ona geyimini dəyişmək və cərimə ödəmək tələbi qoyulub.

Maqnus geyimini dəyişməyə razı olmayıb. Nəticədə yarışların baş hakimi Aleks Qolovçak onu turnirdən kənarlaşdırıb.

Qeyd edək ki, dünya çempionatına 300-ə yaxın şahmatçı qatılıb. Kişilərin yarışında 180, qadınların mübarizəsində isə 109 iştirakçı çıxış edir.

Shares: