“Əl Nəsr”in hücumçusu Kriştianu Ronaldo bildirib ki, “Qızıl top”u “Mançester Siti”nin üzvü Rodri deyil, “Real”ın forvardı Vinisius qazanmalı idi.

Portuqaliyalı ulduz “Globe Soccer Awards”ın mükafatlandırma mərasimində bu barədə deyib: “Vinisius “Qızıl top”u qazanmalı idi. Onun qalib olmaması ədalətsizlikdir. Məhz buna görə də mən “Globe Soccer Awards”ı bəyənirəm. Onlar dürüstdürlər. Vinisius qalib adına tam layiq idi”.

Xatırladaq ki, “Globe Soccer Awards” 2024-cü ilin ən yaxşı futbolçusu adına məhz Vinisiusu layiq görüb. Daha əvvəl FİFA da braziliyalı forvardı ilin ən yaxşısı seçmişdi.

Shares: