Basketbol üzrə Avroliqa turnirində 18-ci tura yekun vurulub.

Keçirilən 5 oyun arasında “Fənərbaxça”nın növbəti məğlubiyyətini qeyd etmək olar. Jelko Obradoviçin rəhbərlik etdiyi “Partizan” keçmiş komandasına qalib gəlib – 90:81.

Çempionatın lideri “Paris” 3 period öndə olduğu oyunda məğlubiyyətlə üzləşib. “Baskoniya” dönüş edərək 94:81 hesabı ilə qalib gəlib. Görüşdə 12 ribaund edən milli komandamızın üzvü Donta Holl bu göstəricidə ən yaxşı olub.

Son çempion “Panatinaikos” Münhendə “Bayern”in müqavimətini son periodda qırıb – 80:69. Gözlənilməz nəticələrdən biri “Barselona”nın evdə “Srvena Zvezda”ya 74:78 hesablı məğlubiyyətidir. “Virtus” isə doğma arenada ASVEL-ə qalib gəlib – 83:69.

18 turdan sonra “Monako” və “Olimpiakos” çempionatda liderdir. “Fənərbaxça” 6-cı, “Anadolu Efes” isə 7-ci pillədə qərarlaşıb. Növbəti turda İstanbul klublarının görüşü olacaq.

Shares: