“Mançester Yunayted” Markus Reşfordu “Yuventus”a təklif edib. Daha məhsuldar hücumçu axtaran ingilislər yetirməsini yola salmaqla heyətdə yer açmaq və transfer etmək nyyətindədir.
Futbolinfo.az İngiltərə mətbuatına istinadla xəbər verir ki, turinlilər keçiddə maraqlıdır. İtaliya nəhəngi cağ cinah hücumçusuna ehtiyac duyur və Reşford onlara yardımçı ola bilər. Amma futbolçunun yüksək maaşı problem yaradır. Mançesterlilər Markusun əməkhaqqının bir hissəsini ödəməy razılaşsa, hücumçu yayadək icarəyə götürüləcək, mövsümün sonunda isə tərəflər birdəfəlik transfer üçün danışıqlara başlayacaq.
“Mançester Yunayted”in əsas hədəfi Viktor Osimhendi. “Napoli”yə məxsus olan nigeriyalı isə mövsümü icarədə olduğu “Qalatasaray”da başa vurmaq, yayda klubunu dəyişmək istəyir.