“Real” “Liverpul”a rəsmi məlumat verib. Madridlilər yayda azad agentə çevriləcək Trent Aleksandr-Arnoldla danışıqlara başlayacağını bildirib.
Futbolinfo.az xəbər verir ki, oyunçu müqaviləsinin bitməsinə 6 ay qalarkən başqa komanda ilə danışıq apara bilər. İspaniya klubu da rəsmi prosesə başlamaq üçün prosedur qaydasını gözləyərək ingilisləri məlumatlandırıb.
Eyni hal Alfonso Devis üçün də keçərlidir. “Real” “Bayern”in cnah müdafiəçisi lə də rəsmi danışıqlara yanvarda başlayacaq.
Əslində, hər iki futbolçunun meneceri ilə danışıqlar çoxdan bitib, yayda hər iki futbolçu azad agent kimi Madridə yollanacaq. Sadəcə, indi oyunçuların özləri iəl birbaşa əlaqə saxlanılacaq, hətta onlarla yayda qüvvəyə minəcək anlaşmanın bağlanması da mümkündür.