“Qarabağ” klubunun və Azərbaycan millisinin üzvü Toral Bayramov 2024-cü ilin ən yaxşı futbolçusu seçilib.
Futbolinfo.az xəbər verir ki, 23 yaşlı müdafiəçi “Futbol+” qəzetinin 1999-cu ildən keçirdiyi ənənəvi sorğunun qalibi olub.
Bayramov sayca 26-cı sorğuda digər rəqiblərini qabaqlayıb. İkinci yeri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev, üçüncü yeri isə Azərbaycan millisinin hücumçusu Mahir Emreli tutub.
Sorğudan klub məşqçiləri, kapitanlar, mətbuat katibləri, jurnalistlər, ölkənin futbol rəhbərliyi, mütəxəssislər, agentlər da daxil olmaqla 180 nəfər iştirak edib.