Yanvarın 7-də Bakıda Türkiyənin “Əliağa Petkim Spor” klubu ilə İsrailin “Hapoel Holon” komandası arasında Basketbol üzrə Çempionlar Liqasının ilk pley-in oyunu keçiriləcək.
Oyunun Bakıda keçirilməsinin səbəbi iki ölkə arasında baş verən hadisələrdir. İsrail-Fələstin müharibəsi səbəbindən hazırda Türkiyə ilə münasibətlər yaxşı deyil. Buna görə də, ”Hapoel Holon” komandası İstanbula getməkdən imtina edib. Qarşılıqlı razılaşma əsasında , matçın neytral yerdı – Bakıda keçirilməsinə qərar verilib. Əlavə edək ki, oyun Bakı İdman Sarayında baş tutacaq.
Pley-in seriyasında bərabərlik olacağı təqdirdə, yanvarın 22-nə planlaşdırılan üçüncü həlledici görüş də Bakıda təşkil ediləcək.