IFFHS 2024-cü ilin ən sərt futbolçularının adlarını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, qurumun araşdırmasına görə, dünyanın ən kobud oyunçularından biri də Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevdir.

Elvin il ərzində 4 dəfə qırmızı vərəqə almağı bacaran yeganə avropalıdır. Onunla bərabər daha iki oyunçu bunu “bacarıb” ki, onlar Braziliya çempionatında çıxış edirlər. Belə ki, “Vasko da Qama”lı Joao Viktor və “Yuventude”li Alan Ruşel 4 dəfə meydandan qovulublar.

Oyun sayının azlığına görə, Viktor (37 oyun) ilin ən sərt futbolçusu seçilibsə, Ruşel (48) ikinci, Cəfərquliyev (53) “üçlüy”ü tamamlayıb.

Millimizin üzvü qırmızı vərəqələrin hər birini “Qarabağ”ın heyətində alıb. O, 1 dəfə Misli Premyer Liqasında, 3 dəfə isə UEFA Avropa Liqasında meydandan qovulub. Elvin həm də eyni turnirdə il ərzində 3 qırmızı vərəqə alan yeganə oyunçudur.

Shares: