Gəncə Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan kikboksinq üzrə uşaq, yeniyetmə və gənclər arasında Samux rayon birinciliyi keçirilib.

Öncə Ümummilli Lider Heydər Əliyevin, şəhidərimizin və təyyarə qəzasında həlak olan vətəndaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Turnirdə müxtəlif çəki dərəcələri üzrə 100 nəfərdən artıq idmançı iştirak edib. Yarışda qaliblər Gəncə – Daşkəsən Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar. İlk yerin sahibləri Azərbaycan çempionatına vəsiqə əldə ediblər.

Shares: