Ötən mövsüm I Liqa klubu “Zaqatala”da çıxış edən Uorren Lloyd Ondo karyerasını Fransada davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, bunu qabonlu hücumçu özü Fransa mətbuatına açıqlamasında deyib.

O bildirib ki, Azərbaycandakı uğurlu mövsümdən sonra Fransadan sərfəli təkliflər alıb və hazırda seçim qarşısındadır: “Fransada sentyabrdan bəri gözlədiyim klublar var. Azərbaycanda keçirdiyim və uğurla başa çatan mövsümdən sonra mənə müxtəlif təkliflər gəldi. Bu, üçüncü və ya dördüncü liqa da ola bilər. İstənilən halda, mənim üçün yeni başlanğıc olacaq”.

21 yaşlı forvard ölkəmizdə özünü yaxşı tərəfdən göstərə bildiyini düşünür: “Azərbaycan mənim üçün gözəl bir vitrin idi. Keçirdiyim mövsümdən çox zövq aldım, yaxşı il keçirdim, uğurlu statistikam var idi. Amma təəssüf ki, bizim üçün mürəkkəb olan inzibati tərəfi var. Elə müqavilələr var ki, onları oxumuruq, bir duzlu tərəf var ki, həmişə yaxşı izah olunmur”.

Qeyd edək ki, Uorren Lloyd Ondo “Zaqatala”nın heyətində ötən mövsüm 24 oyun keçirib, 7 qol vurub.

Shares: