Estoniya millisinin futbolçusu Yoan Yakovlev Yunanıstana köçüb.
Futbolinfo.az xəbər verir ki, 26 yaşlı vinger “Panionios”la müqavilə imzalayıb.
Maraqlıdır ki, Yakovlevin bu transferində UEFA Millətlər Liqasında Azərbaycanla keçirilən oyun mühüm rol oynayıb. Belə ki, II Superliqa klubu onu noyabrda doğma arenada yığmamızı 3:1 hesabı ilə məğlub etdikləri matçda bəyəniblər.
Həmin qarşılaşmada millidə ilk və hələlik yeganə qolunu vuran Yakovlev “Panionios” rəhbərliyinin diqqətini çəkib. Uzun sürən danışıqlar artıq müsbət məcrada yekunlaşıb.