Rusiya millisinin sabiq futbolçusu Kirill Pançenko karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolinfo.az xəbər verir ki, bu barədə 35 yaşlı hücumçunun atası Viktor Pançenko açıqlamasında bildirib.

O, oğlunun “Ximki”dən ayrıldığını və artıq azad agent statusu daşıdığını söyləyib: “Kirill “Ximki” ilə müqaviləsinə xitam verdi, çünki oyun vaxtı az idi. Hazırda digər klublarla danışıqlar aparırıq. Lakin bu, kiçik Yeni il sirridir. Yaxın ölkələrdən birinə getməyi istisna etmirik: Azərbaycan, Qazaxıstan və Özbəkistanın variantları var. Düzgün qərar vermək üçün hər şeyi ölçüb-biçmək və Kirilllə müzakirə etmək lazımdır”.

Qeyd edək ki, Kirill Pançenko 2016-cı ildə Rusiya yığmasının heyətində Qətərlə yoldaşlıq görüşündə iştirak edib.

Shares: