Misli Premyer Liqasının ilk yarısında 31 müxtəlif ölkənin futbolçuları qol vurub.
Futbolinfo.az saytının araşdırmasına görə, yerli vətəndaşlığı olanlar 69 dəfə fərqləniblərsə, digər 30 ölkənin nümayəndələri ümumilikdə 150 qola imza atıblar.
Ən çox əcnəbi qoluna sevinən komanda “Qarabağ”dır. Ağdam klubunun 47 topundan 28-i legionerlərin aktivindədir. “Zirə” 22 əcnəbi qolu ilə ikinci pillədədirsə, üçüncü sıradakı “Sabah”ın legionerləri cəmi 1 qol az vurublar.
Premyer Liqamızda ən çox qol braziliyalıların hesabındadır. Cənubi Amerika nümayəndələri 31 dəfə fərqləniblər. İkinci sıradakı gürcüstanlılar 14 qola seviniblər. Portuqaliyalılarda isə bu say 13-dür.
Klublarda qol vuran əcnəbi sayı:
“Qarabağ” (28): Fransa – 8, Albaniya – 3, Braziliya – 4, Qana – 2, Portuqaliya – 7, Kolumbiya – 1, Ukrayna – 3
“Zirə” (23): Gürcüstan – 12, Niger – 3, Braziliya – 5, Qvineya – 3
“Sabah” (22): Almaniya – 8, Nigeriya – 6, Slovakiya – 5, Serbiya – 1, Xorvatiya – 1, Yamayka – 1
“Araz-Naxçıvan” (17): Portuqaliya – 5, Braziliya – 11, Bosniya və Herseqovina – 1
“Turan Tovuz” (15): Braziliya – 4, İspaniya – 3, Toqo – 1, Nigeriya – 3, Panama – 4
“Şamaxı” (12): Albaniya – 4, Almaniya – 4, Gürcüstan – 2, Fransa – 2
“Səbail” (11): Mərakeş – 2, Şimali Makedoniya -1, Ukrayna – 1, İsrail – 1, Portuqaliya – 1, İspaniya – 3, Niderland – 2
“Sumqayıt” (9): İsrail – 2, Braziliya – 1, Ekvador – 3, Monteneqro – 2, Liberiya – 1
“Neftçi” (7): Braziliya – 2, Fransa – 1, Qambiya – 3, Belarus – 1
“Kəpəz” (6): Braziliya – 4, Mali – 2
Futbolçuları qol vuran ölkələr:
Braziliya – 31 qol
Gürcüstan – 14
Portuqaliya – 13
Almaniya – 12
Fransa – 11
Nigeriya – 9
Albaniya – 7
İspaniya – 6
Slovakiya – 5
Ukrayna, Panama – 4
Niger, Qvineya, İsrail, Ekvador, Qambiya – 3
Qana, Mərakeş, Niderland, Monteneqro, Mali – 2
Kolumbiya, Serbiya, Xorvatiya, Yamayka, Bosniya və Herseqovina, Toqo, Şimali Makedoniya, Liberiya, Belarus – 1