“Barselona” Frenk de Yonqla yolları ayırmaq fikrindədir. Az qala hər transfer mövsümündə məsələ gündəmə gəlsə də, niderlandlı yarımmüdafiəçi bütün variantları rədd edir.

Klub ilk növbədə oyunçunun müqavilənin uzadılmasına məhəl qoymamasından narazıdır. Mənbənin məlumatına görə, Kataloniya təmsilçisi artıq de Yonqu öz sıralarında görmək istəmir. “Barselona” mövsüm bitən kimi futbolçunu hətta aşağı qiymətə olsa belə, satmaq üçün əlindən gələni edəcək.

Ən əsas səbəb Frenkin “Barselona”da ən yüksək maaşa sahib futbolçulardan olmasıdır. Bu amil klubun futbolçuları qeydiyyata almasına və transfer bazarında hətta kiçik əməliyyatlar aparmasına mane olur.

Xatırladaq ki, Niderland millisinin üzvü 2019-cu ilin yayında “Ayaks”dan 86 milyon avroya “Barselona”ya keçib. O, bu mövsüm “Barselona”nın heyətində 13 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Shares: