Avroliqanın 17-ci turunun təxirə salınmış BC “Paris” – “Fənərbaxça” matçı gələn il martın 3-də keçiriləcək. Bu barədə Avroliqanın mətbuat xidməti məlumat yayıb.
Komandalar dekabrın 19-da oynamalı idilər, lakin Paris komandasının basketbolçularının kütləvi xəstəliyi səbəbindən matç baş tutmamışdı. Həmin vaxt komandada cəmi səkkiz sağlam oyunçu qalmışdı.
Qeyd edək ki, “Fənərbaxça” klubu Avroliqanı bu matçı təxirə saldığına görə tənqid edərək, qərarın gec bildirilməsindən və şərtlərin liqanın standartlarına uyğun olmamasından şikayət etmişdi.