Təxminən bir ildir yaşıl meydanlardan kənarda qalmış Avstriya millisinin məşhur futbolçusu David Alaba zədəsini tam sağaldıb.

Futbolinfo.az “Marca”ya istinadən xəbər verir ki, İspaniyanın “Real” klubunda çıxış edən 32 yaşlı müdafiəçi sabah komanda ilə birlikdə məşqlərə qoşulacaq.

Oyunçu ötən ilin dekabrından çarpaz bağlarından zədə aldığı üçün uzun müddət meydana çıxa bilməyib.

Karlo Ançelottinin baş məşqçisi olduğu komanda La Liqanın 12-ci turundan təxirə salınmış oyunda “Valensiya”nın qonağı olacaq. Qarşılaşma yanvarın 3-də baş tutacaq.

Shares: