Rusiya şahmatçısı Volodar Murzin Nyu-Yorkda keçirilən sürətli dünya çempionatının qalibi olub.

Futbolinfo.az xəbər verir ki, 18 yaşlı şahmatçı 13-cü turda heç-heçə oynayıb.

Bundan sonra o, ən yaxın izləyicisi Aleksandr Qrişuku (9,5) yarım xal qabaqlayaraq turnir cədvəlində birinci yeri tutub. Qrişuk da son matçında Lenier Dominqeslə heç-heçə edib.

Xatırladaq ki, 16-cı dünya çempionu, 34 yaşlı norveçli qrossmeyster Maqnus Karlsen geyim qaydalarına əməl etmədiyi üçün Nyu-Yorkda keçirilən yarışlardan diskvalifikasiya edilib. Həmçinin, Yan Nepomnyaşı də geyim qaydalarına əməl etmədiyi üçün 200 dollar cərimə olunub.

Shares: