Estafet yarışlarında 2024-cü il Olimpiadasının bürünc mükafatçısı, fransalı üzgüçü Yoan Ndoye-Brouard sosial şəbəkədəki səhifəsində qazandığı medalı nümayiş etdirib. Dörd ay ərzində mükafat bərbad vəziyyətə düşüb və rəngini itirib.
Ndoye-Brouard buna münasibət bildirərkən şəklin altında “Paris 1924” yazıb.
Təşkilatçılar buna dərhal reaksiya verərək, idmançıya yeni medal göndərəcklərini bildiriblər.
“Medallar Olimpiadanın ən çox arzulanan və idmançılar üçün ən qiymətli əşyalarıdır. Keyfiyyətsiz hala düşmüş medallar sistematik olaraq yeniləri ilə əvəz olunacaq”, – deyə 2024-cü il Olimpiadasının təşkilatçılar “L’Equipe”-ə açıqlama verərkən qeyd ediblər.