İngiltərə Premyer Liqasında 19-cu tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, son gündə bir oyun baş tutub.
Səfərdə “Brentford”la qarşılaşan “Arsenal” əzmkar qələbəyə sevinib.
Hazırda 45 xalı olan “Liverpul” vahid liderdir. “Arsenal” 39, “Nottingem Forest” 37, “Çelsi” 35, “Nyukasl” 32, “Mançester Siti” 31 xal toplayıb.
İngiltərə Premyer Liqası
19-cu tur
29 dekabr
Lester Siti – Mançester Siti 0:2
Qollar: Savinyo, 21. Haland, 74.
Kristal Pelas – Sauthempton 2:1
Qollar: Çaloba, 31. Eze, 52 – Diblinq, 15.
Everton – Nottingem Forest 0:2
Qollar: Vud, 15. Gibbs-Uayt, 61.
Fulhem – Bornmut 2:2
Qollar: R.Ximenes, 40. H.Uilson, 72 – Evanilson, 51. Uattara, 89.
Tottenhem – Vulverhempton 2:2
Qollar: Bentankur, 12. B.Conson, 45+3 – Hvanq, 7. Larsen, 87.
Vest Hem – Liverpul 0:5
Qollar: L.Dias, 30. Qakpo, 40. Salah, 44. Aleksandr-Arnold, 54. D.Jota, 84.
30 dekabr
Aston Villa – Brayton 2:2
Qollar: O.Uotkins, 36-pen. M.Rocers, 47 – Adinqra, 12. Lampti, 81.
İpsviç Taun – Çelsi 2:0
Qollar: Delap, 12-pen. Hatçinson, 53.
Mançester Yunayted – Nyukasl 0:2
Qollar: A.İsak, 4. Joelinton, 19.
1 yanvar
Brentford – Arsenal 1:3
Qollar: Mbeumo, 13 – Qabriel Jezus, 29. Merino, 50. Martinelli, 53.