Argentina nəhəngi “Boka Xuniors” xoşagəlməz halla üzləşib. Bu barədə yerli mətbuat məlumat yayıb.

Komandanın üç futbolçusu sifilis xəstəliyinə yoluxub. Hazırda onların müalicəsi davam etdirilir.

“Boka Xuniors”da bir neçə həftə əvvəl bütün komanda, o cümlədən məşqçilər heyəti müntəzəm müayinədən keçib. Nəticədə üç oyunçuda sifilis aşkarlanıb.

Məşqçilər heyəti bu vəziyyəti gizli saxlamaq istəyib, lakin hər şey nəzarətdən çıxıb.

Shares: