“Zirə” legionerlərindən birini heyətdən göndərmək istəyir. Son vaxtlar istənilən oyunu sərgiləməyən Abbas İbrahim məşqçilərin gözündən düşüb.
Futbolinfo.az xəbər verir ki, qəsəbə təmsilçisi yeni trnsferlərə yer açmaq üçün nigeriyalı yarımmüdafiəçini bu ay başqa komandaya göndərmək niyyətindədir. “Qartallar” onu satmağa, ən pis halda icarəyə göndərməyə çalışır. Bir neçə komandaya təklif edilən oyunçu hələlik gözləmə mövqeyindədir.
Bu gün 27 yaşını qeyd edən Abbas 2023-cü ilin fevralında “Zirə”yə gəlib. Onun müqavilə müddəti mövsümün sonunda başa çatacaq.