“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutunun yeni klubu bəlli olub.
Futbolinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis karyerasını ölkəsində davam etdirəcək.
O, “Petrolul”la anlaşıb. Klubun rəsmi saytı Mutu ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalandığını açıqlayıb. Sabiq “Neftçi”li bu vəzifədə Mehmet Topalı əvəzləyib. Türkiyəli məşqçi bir neçə gün əvvəl istefaya göndərilib.
Mutu ötən mövsümün ilk yarısında “Neftçi”ni çalışdırıb. O, daha sonra Rumıniyada ÇFR-in baş məşqçisi təyin edilsə də, cəmi 70 gündən sonra istefa verib.