Zərdab rayonu üzrə gənclər və idman sektoru, Zərdab rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə şahmat üzrə şəxsi birincilik keçirilib. “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə təşkil olunan turnirdə 50-ə yaxın iti zəka sahibi mübarizə aparıb.

Yarışın sonunda ilk üç yerdə qərar tutan şahmatçılatın adına aydınlıq gəlib.

10 yaşdan kiçik oğlanlar arasında:

I yer: Həsənli Yahya

II yer: Ağazadə Səid

III yer: Xəlilzadə Məhəmməd

10 yaşdan kiçik qızlar arasında:

I yer: Ağazadə Nübar

II yer: Eyvazlı Məryəm

III yer: Qasımlı Nazilə

10 yaşdan böyük oğlanlar arasında:

I yer: Xəlilov İbrahim

II yer: Fətəliyev Cahid

III yer: Şirinov Səftər

10 yaşdan böyük qızlar arasında:

I yer: Həsənli Sevgili

II yer: Mehrəlizadə Şəms

III yer: Niftəliyeva Elif

Qaliblər təşkilatçılar tərəfindən təsis edilən diplomlarla mükafatlandırılıb.

BƏHRUZ MUSAYEV

Shares: